UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

9 Dekabr 2022 16:25 (UTC+04:00)

UEFA Azərbaycanın dörd klubuna ödəniş edib.

SİA-nın məlumatına görə, bu, 2021/2022 mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edənlərə şamil olunub.

"Şamaxı" və "Sumqayıt"a 25 000, "Neftçi"yə 79 000, "Qarabağ"a isə 17 000 avro ödənilib.

Vəsaitlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.