Qusarda Ümummilli liderin xatirəsi anıldı FOTOLAR

9 Dekabr 2022 15:52 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə YAP Qusar rayon təşkilatı tərəfindən rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbir öncəsi Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə tər güllər qoyulmuşdur. Tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, İctimai-siyasi quruluşdan asılı olmayaraq zəngin dövlətçilik təcrübəsindən geniş məruzə etdi. Qeyd edildi ki, müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötsə də, qədirbilən Azərbaycan xalqı onun misilsiz xidmətlərini hər an yüksək qiymətləndirir, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Məruzə ətrafında çıxış edən rayon Gigiyena Epidimiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri Nadirşah Şirinov, partiyanın gənc fəalı Stella Əmirbəyova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində istər hakimiyyətinin birinci və ikinci dövründə gördüyü işlərdən və misilsiz xidmətlərindən söhbət açdılar. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən film nümayiş olundu.