Kəlbəcərdə YAP-ın yaranmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib FOTOLAR

9 Dekabr 2022 15:40 (UTC+04:00)

Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, RİH başçısının müavini Fərqanə Əhmədova, Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, İnzibati Ərazi Dairələri üzrə Nümayəndələr və rayon ziyalıları iştirak etmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd etmişdir ki, tarix bir daha təsdiq etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mütləq iradəsini əks etdirən siyasi təşkilat kimi dünənimizin, bu günümüzün və gələcəyimizin partiyasıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmiş, müstəqilliyimizi qorumuşdur. 8 noyabr 2020-ci il tarixdə qazandığımız möhtəşəm Zəfərin nəticəsi olaraq bu gün həm Azərbaycan vətəndaşları, həm də bütün dünya azərbaycanlıları başını dik tuta bilir. Artıq yeni dövr yaşayan müstəqil Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur. Hal-hazırda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı davamlı inkişaf yoluna çıxarmış, ölkəmiz regionda və dünyada öz layiqli yerini tutmuşdur. İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Heydər Bəylərov çıxış edərək, bildirmişdir ki, məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir.Daha sonra çıxış edən şəhid ailəsi, Qamışlı kənd İƏD üzrə nümayəndə Almaz Səmədova Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli lider Heydər Əliyevin şəhid ailələri ilə mütəmadi olaraq keçirilən görüşlərindən və bir şəhid ailəsi olaraq həmin görüşlərdə iştirak etdiyindən qürür duyduğunu, bugünkü gün də Ümumilli Liderin siyasi kursunun davamçısı, .Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu siyasi kursa sadiq qalaraq hər zaman şəhid ailələrinin yanında olduğunu, şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğını qeyyd etmişdir. Bildirmişdir ki, şükürlər olsun ki, Vətən müharibəsində xalqımız və ordumuz Müzəffər Ali Baş Komandanın dəmir yumruğu altında sıx birləşərək, düşmənə sarsıdıcı zərbə endirmiş və tarixi şanlı zəfər qazanmışdır. Möhtərəm cənab prezident, Silahlı Qüvələrin Ali Baş Komandanı həm ata vəsiyyətini yerinə yetirmiş, eyni zamanda xalqımızın vüqarını özünə qaytarmışdır. Şəhidlərimizin qanı yerdə qalmamışdır. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev yekun nitqi ilə çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Ulu Öndərin də dediyi kimi, bu günün, sabahın və gələcəyin partiyasıdır. Ümumxalq partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. RİH başçısı öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyasının ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verdiyini vurğulamışdır. RİH başçısı Azər Qocayev Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi, partiyanın sədr müavini Mehriban xanım Əliyevanı və bütün partiya üzvlərini, YAP-ın yaranmasının 30 illiyi münasibəti ilə təbrik etmiş və partiyamızın gələcək fəaliyyətində uğurlar arzulamışdır.Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə YAP Kəlbəcər rayon təşkilatının Fəxri Fərmanları təqdim olunmuşdur.