“Heydər Əliyev mirası bizimlə əbədi yaşayır” - BDU-NUN REKTORU DANIŞDI

9 Dekabr 2022 15:12 (UTC+04:00)

“Ümummili Lider Heydər Əliyevin Azərbaycana və regiona sülh sabitlik və davamlı inkişaf yolunda atdığı qətiyyətli addımlar onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi bir mənalı şəkildə qəbul edilməsini sürətləndirən həlledici amillərdən oldu”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı BDU-nun rektoru Elçin Babayev deyib.

Onun sözlərinə görə, 2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da onun ideyaları və böyük mirası bizimlə əbədi yaşayır: “Bu gün Ümummilli liderimiz Heydər Əliyevi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda belə hər bir azərbaycanlı yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edir. Ulu Öndərin başladığı quruculuq işlərinin icrasını bu gün möhtərəm Prezidentimiz İlham Əliyev uğurla təmin edir. Məhz Ulu Öndərin müəyyən etdiyi təsvir dahi şəxsiyyətin uzaqgörənliyini Ali Baş Komandan cənab İlham Əliyev öz prezidentlik fəaliyyəti ilə təsdiqlədi.

44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın etdi. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası dövlət başçımızın rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin ərazi bütövlüyü təmin edildi. Qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olundu. Azərbaycan ordusu ən yeni tarixi yazdı. Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımız yumruq kimi birləşdi. Ərazi bütövlüyümüz reallaşdı və xalq qələbə çaldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Bu gün ki, parlaq qələbəmiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin möhkəm təməlinin qoyulmasıdır”.

Qönçə Quliyeva