"Türkiyə Azərbaycanı strateji mütəffiqi görür"

9 Dekabr 2022 14:25 (UTC+04:00)

"Şuşa bəyannaməsindən sonrakı mərhələdə Türkiyə silahlı qüvvələri ilə strateji mütəffiqlik çərçivəsində birgə taktiki təlimlərimizi keçirməyimiz indiki mərhələdə İranın bizim cənub sərhədlərində keçirdiyi təlimlərə cavab olaraq keçirilir". Bu sözləri SİA-ya açıqlamasında Elxan Şıxəliyev deyib.

Onun sözlərinə görə, son zamanlar İran Ermənistanın siyasi mövqeyini dəstəkləmələrindən sonra İran daha çox əhəmiyyətli işləri ortaya qoymağa çalışmışlar. Xüsusən də bu təlimlərdə biz bilirik ki, İranın məqsədi növbəti mərhələdə hərbi hədəfi Azərbaycan əraziləri ola bilər. Buna qarşılıq indiki mərhələdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə taktiki-hərbi təlimləri tutarlı bir cavab oldu. Yüksək müşahidələrin olması etibarilə Türkiyənin müdafiə nazirinin, baş qərargah rəisinin, quru qoşunlarının komandanı, hərbi hava qüvvələrinin komandanı, dəniz qüvvələri komandanının iştirakı və eyni zamanda Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təlim iştirakçılarına təbrikini xüsusi qeyd etmək lazımdır. Bu, onu göstərir ki, bizim bundan sonra da, bərabərcə təhlükəsizliyimizin təmin olunması yönündə bizə dost olan və dost olmayan ölkələr üçün çox ciddi bir mesaj idi. Bundan sonrakı mərhələdə Türkiyə Azərbaycanı özünün strateji mütəffiqi olaraq təhlükəsizliyinin qorunub saxlanmasında bir birinin yanında olacaqını göstərdi".