"Bunlar ərzaq qıtlığına və bahalaşmaya səbəb olub" - BAŞ NAZİR

9 Dekabr 2022 11:58 (UTC+04:00)

"Rusiya Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar olaraq tətbiq olunan iqtisadi sanksiyalar, yüksək enerji qiymətləri, həmçinin daşınma və logistik xərclərin yüksəlməsi ərzaq qıtlığına və bahalaşmaya səbəb olub". SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Əli Əsədov sözlərinə belə davam edib: "Cənab Prezidentin qeyd etdiyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yanlız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq".

Ayşən Vəli