“Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı“ Beynəlxalq Elmi Konsfrans təşkil edilib - FOTOLAR

9 Dekabr 2022 11:54 (UTC+04:00)

Bu gün Azərbaycan Milli Kitabxanasında “Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı: üstünlükləri, perpektivləri” mövzusunda Beynəlxalq Elmi Konsfrans təşkil edilib. SİA xəbər verir ki, konfrans Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Universiteti və Türkiyə Cümhuriyyətinin Kastamonu Universitetinin Bilgi və bəlgə bölümünün birgə təşkilatçılığı ilə həyata keçirilib.
Təşkil olunmuş konfrans Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 illiyinə həsr olunub. Tədbirin açılışında Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşlarını 60 illik münasibət ilə təbrik edib, bu fakültənin tarixini, elmin inkişafındakı rolunu vurğulayıb.
Daha sonra isə fakültənin 60 illiyinə hazırlanmış videoçarx nümayiş olunub.
Tədbirdə BDU Kitabxanaçılıq-İnformasiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan və bir çox rəsmi şəxslər iştirak edərək, çıxış ediblər.