Azərbaycanda ehtiyac meyarının həddi artırılıb

9 Dekabr 2022 11:30 (UTC+04:00)

"Azərbaycanda ehtiyac meyarının həddi artırılıb". SİA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında növbəti ildə ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaqdır. Müzakirələrdən sonra ehtiyac meyarı səsverməyə qoyularaq qəbul edilib.

Ayşən Vəli