“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi təsdiqlənib

9 Dekabr 2022 11:25 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. SİA-nın xəbərinə görə, layihədə növbəti ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulub.

Bu isə Fondun qarşıya qoyduğu 12 istiqamətdə məşğulluq məsələlərinin həllinə imkan yaradacaq. Növbəti ildə 17 minə yaxın vətəndaşın bu proqrama cəlb olunması planlaşdırılır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib