Ukraynaya hərbi müdaxilə uzun sürəcək - PUTİN

9 Dekabr 2022 11:00 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Ukraynaya hərbi müdaxilənin uzunmüddətli olacağı barədə xəbərdarlıq edib.SİA xəbər verir ki, Putin hərbi müdaxilənin nəticələrinin zaman alacağının təbii olduğunu bildirib. Putin qeyd edib ki, bu, uzunmüddətli prosesdir.

Rusiyanın Ukraynanın 4 bölgəsini işğal etdiyini elan etməsini təqdir edən Rusiya lideri bildirib ki, “Yeni torpaqlar yaranıb, bu, Rusiya üçün hələ də çox mühüm nəticədir və bu, çox ciddi məsələdir” deyib.

Rusiya sentyabr ayında Qərbin “yalan” adlandırdığı referendumlar nəticəsində Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaparorijya bölgələrini ilhaq etdiyini açıqlamışdı. Putin həmçinin qeyd edib ki, nüvə təhlükəsi artmaqdadır, lakin ondan ilk istifadə edənlər olmayacaq.

Ukraynayaya işğal cəhdini “xüsusi hərbi müdaxilə” kimi qiymətləndirən Rusiya Kiyevin şərti olaraq təslim olacağını nəzərə alaraq, bu prosesin qısa müddətli olacağını gözləyirdi.