Məktəbin “WhatsApp” xidməti istifadəyə verilib - FOTOLAR

9 Dekabr 2022 10:53 (UTC+04:00)

Paytaxtdakı 136 nömrəli tam orta məktəbin “WhatsApp” xidməti istifadəyə verilib. İlk təşəbbüs olan bu yeniliyin əsas məqsədi valideynlərə daha çevik və operativ əlaqə imkanı yaratmaq, həmçinin zəruri hallarda valideynləri vahid mənbədən məlumatlandırmaqdır. SİA xəbər verir ki, valideynlər tərəfindən daxil olan müraciətlər, rəy, təklif və şikayətlər məktəb tərəfindən qəbul olunaraq dəyərləndiriləcək və cavablandırılacaq. Bu da valideyn-məktəb əməkdaşlığına, ümumilikdə təhsil mühitinin təkmilləşdirilməsinə müsbət töhfə verəcək.

Yeni xidmətin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, valideynlər tərəfindən yazılan sorğu, təklif və şikayətlər ayrı-ayrı şəxslərin deyil, məktəbin “WhatsApp” hesabına göndəriləcək, rəsmi qaydada cavablandırılacaq və vahid mənbədə toplanacaq. Bu da müraciətlərin təhlilinə, fəaliyyətin müvafiq meyarlar üzrə dəyərləndirilməsinə imkan verəcək.

Məktəbin (077) 5700-136 nömrəli “Whatsapp”xidməti yalnız valideyn və şagird kontingenti üçün nəzərdə tutulub və həftəiçi 5 gün, saat 08:00-18:00-dək aktiv olacaq.