Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

9 Dekabr 2022 08:55 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək. SİA-nın məlumatına görə, bununla da ilk qarşılaşmalara yekun vurulacaq.

Günün ilk matçında "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Gəncə şəhər stadionunda oynanılacaq görüş saat 14:00-da başlayacaq. Oyunu Rauf Allahverdiyev idarə edəcək.

İki komanda indiyədən ölkə kubokunda üz-üzə gəlməyib.

Günün son matçında isə "Sabah" "ASCRO Arena"da "Səbail"lə qarşılaşacaq. Qarşılaşmanın baş hakimi Nicat İsmayıllı olacaq. Komandalar bunadək Azərbaycan Kubokunda bir-birinə rəqib olmayıb.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

9 dekabr (cümə)

14:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
Gəncə şəhər stadionu.

17:00. “Səbail” – “Sabah”
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
“ASCO Arena”.

Qeyd edək ki, 1/4 finalın əvvəlki oyunlarında "Zirə" evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib, "Qarabağ" isə "Qəbələ" ilə heç-heçə edib - 2:2. Bu raundun cavab matçları 19-20 dekabrda baş tutacaq.