Müğənni Damla yenə paylaşımı ilə diqqət çəkib - FOTO

9 Dekabr 2022 08:21 (UTC+04:00)

Müğənni Damla yenə paylaşımı ilə diqqət çəkib. SİA xəbər verir ki, "TikTok"da onun sosial şəbəkəsi ilə bağlı paylaşım ediblər. Paylaşımda guya müğənni ilə bir şəxsin dialoqu əks olunub və hansısa ifaçının səsi əlavə olunub.

Damla bunu "Instagram" hesabında yayaraq, "bunu kim montaj edibsə, əfsuslar olsun. Bunu lağ mövzusuna çevirməyək. Kiminsə qüruru ilə oynamaq olmaz. Bu montajdan xəbərim yoxdur", - yazıb.

Qeyd edək ki, Damlanın başına daha öncə bu tip hadisə gəlmişdi.