Azərbaycanın 2 parataekvondoçusu qızıl medal qazanıb - FOTOLAR

9 Dekabr 2022 00:23 (UTC+04:00)

Azərbaycan parataekvondoçuları Sabir Zeynalov (58 kg, K44) və İmaməddin Xəlilov (70 kg, K44) Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən Qran-Pridə uğurlu çıxış ediblər. SİA xəbər verir ki, idmançılar bütün rəqiblərinə qalib gələrək, yarışı qızıl medalla başa vurublar.

Qeyd edək ki, Qran-pri Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.