Sərdar Ortaçın Bakı konsertinin qiymətləri narazılığa səbəb oldu

9 Dekabr 2022 04:50 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Sərdar Ortaçın Bakı konsertinin qiymətləri narazılığa səbəb olub. SİA xəbər verir ki, 19 fevralda Bakı Konqres Mərkəzində çıxış edəcək sənətçinin mahnılarını dinləmək istəyənlər 70-400 AZN arası ödəniş etməlidir.

Qiymətləri öyrənən sosial şəbəkə istifadəçiləri isə insanların büdcəsinin nəzərə alınmadığını vurğulayaraq, şərh bölməsində şikayətlərini bildirib.

Qeyd edək ki, bu müğənninin paytaxtımıza ilk gəlişi deyil. Ortaç daha əvvəl də bir neçə dəfə Bakıda müxtəlif məkanlarda çıxış edib. Bu dəfə isə qiymətlər həmişəkindən fərqli olaraq, bahalaşıb.