Daha bir ölkədə “Dojd”un yayımı dayandırıldı

9 Dekabr 2022 01:10 (UTC+04:00)

Latviya və Litvanın “Dojd” telekanalını yayım lisenziyasından məhrum etmək qərarından sonra Estoniya da oxşar addım atıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, Estoniyada Rusiya telekanalının yayımı dekabrın 8-dən dayandırılır.

Xatırladaq ki, ötən gün Latviyanın Elektron Media üzrə Milli Şurası “Dojd” telekanalının yayım lisenziyasını ləğv edib. Qərarın “milli təhlükəsizlik və ictimai asayişin maraqları naminə” verildiyi açıqlanıb.