Aİ Ukraynaya hərbi yardımı 2 milyard avro artıracaq

9 Dekabr 2022 00:04 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi üçün nəzərdə tutulan fondun vəsaitini ən azı 2 milyard avro artıracaq. SİA xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Hazırda fondda 2021-2027-ci illəri əhatə edən hərbi yardımın büdcəsi 6 milyard avrodur. Buradan təkcə Ukraynaya deyil, digər ölkələrə də silah tədarükü maliyyələşdirilir.

Ümumi məbləğin ən azı yarısı Kiyev üçün saxlanılır. Lakin Aİ ölkələri bunun kifayət etmədiyi qənaətindədir.