Havanın temperaturu normadan 30 dərəcə aşağı düşəcək

8 Dekabr 2022 23:10 (UTC+04:00)

Özbəkistanda havanın temperaturunun mənfi 24 dərəcəyə düşəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Özbəkistanın Hidrometeorologiya Xidməti Mərkəzi məlumat yayıb. Bildirilib ki, qış aylarında ölkə ərazisində havanın orta temperaturu 5 dərəcə isti olur.

Dekabrın 12-dək isə ölkədə havanın temperaturunun mənfi 24 dərəcəyədək enməsi normadan 30 dərəcə aşağı hesab olunur.

Bildirlib ki, ən aşağı temperatur ölkənin şimalında, Qaraqalpaqıstanda və Xarəzm vilayətində gözlənilir.