“Zirə” klubu “Neftçi”ni minimal hesabla məğlub edib

8 Dekabr 2022 22:22 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışında dörddəbir final mərhələsinə start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, günün ilk oyununda “Zirə” klubu “Neftçi”ni qəbul edib.

Qarşılıqlı hücumlar şəraitindən keçən oyunda “Zirə” minimal hesablı qələbə qazanıb – 1:0. “Zirə”nin heyətində 54-cü dəqiqədə Rəhim Sadıxov fərqlənib.

Komandalar arasında cavab matçı dekabrın 20-də olacaq.