Göygöldə dəm qazından zəhərlənən şəxs ölüb

8 Dekabr 2022 22:03 (UTC+04:00)

Göygöl rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.

SİA-nın əldə etdiyi xəbərə görə, hadisə Mollacəlilli kəndində qeydə alınıb.

Kənd sakini, Mikayıl Musayev yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.