QMİ sədri Rusiya Müsəlmanları Ruhani İdarəsinin başçısı ilə görüşüb

8 Dekabr 2022 20:36 (UTC+04:00)

Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Moskvada keçirilən “Ədalət və mötədillik - dünya nizamının ilahi prinsipləri” mövzusunda Beynəlxalq Müsəlman Forumu çərçivəsində baş tutub.

Xatırladaq ki, QMİ sədri Allahşükür Paşazadə dekabrın 6-dan Rusiya paytaxtında səfərdədir. Dekabrın 7-də şeyxülislam Allahşükür Paşazadənin Moskvanın və bütün Rusiya Patriarxı Kirillə görüşü keçirilib. Dekabrın 8-də isə o, XVIII Beynəlxalq Müsəlman Forumunda çıxış edib.