Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracın artırıb

8 Dekabr 2022 19:52 (UTC+04:00)

Türkiyə 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz artıraraq 188,7 milyon dollara çatdırıb. SİA xəbər verir ki, Türkiyə Ticarət Nazirliyindən verilən məlumata görə, noyabr ayında Türkiye Azərbaycana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 16 faiz artıraraq 17,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 13,7 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,6 faiz çoxdur.