''Rusiya Ukraynadakı münaqişəni dondurmağa çalışır''

8 Dekabr 2022 18:46 (UTC+04:00)

NATO-nun baş katibi Yens Stoltenberqğ, Rusiyanın Ukraynadakı münaqişəni dondurmağa çalıçdlölnl, münaqişənin sülh yolu ilə sona çatmasına dair heç bir əlamət göstərmədiyini biidirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Yens Stoltenberq Financial Times (FT) tərəfindən təşkil edilən tədbirə videokonfrans vasitəsilə qoşulub.
NATO-dan verilən yazılı açıqlamaya görə, Yens Stoltenberq NATO müttəfiqlərinin Ukraynaya dəstəyini davam etdirməsinin vacibliyini vurğulayıb.
Stoltenberq deyib ki, Rusiya münaqişəni sülh yolu ilə sona çatdırmaq üçün heç bir əlamət göstərməyib.
Ukraynanın müharibə meydanında irəliləyiş əldə etdiyini bildirən Stoltenberq deyib: “Rusiya öz qüvvələrini toplamaq üçün münaqişəni dondurmağa çalışır”.