Ermənilər, “sülh məramlılar” və Şöhrət muzeyimiz

8 Dekabr 2022 18:29 (UTC+04:00)

Bu günümüzün ən aktual mövzusu Qarabağ, sülhməramlılar, ermənilər və Laçın dəhlizidir. Bünün bu sadalananlar əbəs yerə manşetləri bəzəmir. Qarabağdan, Laçından, Şuşadan, sərhədlərimizdən nigaranıq. Pis xəbərlərin gəlməsini istəmirik, artıq yorulmuşuq. 30 il atəşkəs rejimi olsa da igid oğullarımızın xain düşmən tərəfindən vurulması xəbərləri az gəlmirdi. Bu gün 44 günlük müharibənin bitdiyini, qeyrət qalamız Şuşamızın azadlığa qovuşduğunu, murdar düşmən üzərində qazandığımız qələbəni qeyd edirik. Bu bizin haqqımızdır. Kimsənin torpağında gözümüz yoxdur, amma 200 il idi ki, itirə-itirə gedirdik. Başımız aşağı idi, ermənilər köpəklik etdiklərinə arxalanıb bizi Qarabağdan qovmağı, xalqımıza qarşı vəhşiliklət törətməyi bacarmışdılar. Zaman yetişdi və olanlar oldu...

Bəli, biz Qalib ölkəyik, Zəfər günümüz, Zəfər bayramımız, enməyən, daim ucalarda olan bayrağımız var. Ən əsası Şöhrət muzeyimizin mətni də, mövzusu da, üstəlik orada qoyulacaq eksponatlar da var. Bundan böyük qüruru nə vaxt hiss etmək olar? Bunu ancaq qalib ölkə, qalib xalq duya bilər.

Bu gün Qalib Azərbaycan məğlub Ermənistana əl uzadır, mehriban qonşuluq şərtlərini təqdim edir, beynəlxalq qanunlara istinad edərək iki ölkə arasında münasibətlərin normallaşmasını istəyir. Başı əzilən, ordusu dağılan, etdiklərinin bədəlini ağırlığı ilə ödəyən işğalçı dövlət isə yenə qitələrə düşüb başqa ssenarist axtarır. Gah Rusiyaya, gah ABŞ-a, gah da Avropadakı böyük bacısı Fransanın qapısına gedir, çörək, pul və silah üçün. Onlar isə hələ də söz verirlər. Görəsən Ermənistan nə vaxt qucaqlardan düşəcək, nə vaxt ağıllanacaq, nə vaxt evinə yığışacaq. Öyrəncəli üzdə abır-həya olmaz, deyiblər. Ermənistanın adətidir, başqalarına yarınmaq...

Qarabağda sülhməramlılar var, düzdür hələ də özlərini sülh məramlı olduqlarını sübut edə bilməyiblər. Soruşa bilərsiniz, niyə və bunun günahı kimdədir? Çünki sülhməramlı deyillər, istəkləri sülh yaratmaq deyil. Sülhməramlı olmaq üçün təkcə kurs keçmək də yetərli deyil, halbuki bunların heç o məsələdən də xəbərləri yoxdur. Rusiyanın hansısa hərbi hissəsindən yığıb-töküblər Qarabağa. Qanunları bilirlər desəm yanılaram və böyük günaha batməş olaram. Onların fəaliyyət göstərdiyi yerdə heç bir qanun işləmir. Jurnalistin qabağına PK pulemyotu ilə çıxan sülhməramlıdan nə gözləyəsən? Bilmirlər, yaxud bilmək istəmirlər ki, hansı ölkənin ərazisindədirlər. Separatçılarla bir yerdə olmaları onları ifşa edən ən böyük faktdır. Sovet ordusundakı “al gülüm, ver gülüm” siyasətinin hələ də keçərli olduğu bir ordudan, hansı adla xidmət aparır-aparsın, yaxşı heç nə gözləmək olmaz. Üçtərəfli bəyanatın şərtlərinə istinad edərək bölgəyə yerləşdirilən sülhməramlıların bəyanatdan xəbərləri yoxdur. Əgər xəbərləri olsaydı, heç olmasa həmin bəyanatın bir maddəsinə əməl edərdilər.

Bəyanatın 4-cü bəndində yazılıb: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. Burada başa düşülməyən nə var? Bu maddə həm də Rusiya tərəfində rus dilində yazılmış variantda var. Amma sülhməramlılar Qarabağda burunlarının dibində olan, hətta onlardan hərbi yardım alan erməni silahlı birləşmələrini görməzdən gəlirlər. Elə bilirsiniz sülhməramlılar bu hərəkətləri ilə ermənilərə yardım edirlər? Yox, bunu ancaq qanmaz, burnunun ücundan uzağı görə bilməyən ermənilər belə başa düşərlər. Atalar məsəlidir, deyir “bildirçinin bəyliyi, darı sovulana qədərdir”. Ermənilər üçün əkilmiş darının yetişmə müddəti də 2025-ci ilin noyabr ayına təsadüf edir, yəni iki il yarım “ömrü” qalıb sülhməramlıların. Bəs sonra, nə baş verəcək, heç ağıllarına gətirirlərmi?

Erməni saytlarının birində erməni politoloq maraqlı bir xəbər paylaşıb. Bəlkə də özü bilmədən Ermənistan rəhbərlərinin yalanını üzə çıxarıb. Paşinyan Azərbaycanın üçtərəfli bəyanatın 4-cü maddəsinə istinad edərək Qarabağdakı Ermənistan ordusunun hələ də çıxarılmadığını deyəndə və bunu tələb edəndə erməni baş nazir bildirmişdi ki, Azərbaycan ərazisi olan Qarabağda bir nəfər də olsun erməni əsgər yoxdur. Oradakılar isə Qarabağdakı ermənilərin özünümüdafiə qüvvələrinin və bunların İrəvanla heç bir əlaqəsi yoxdur. İndi isə gələk erməni saytının yazdıqlarına: “Artıq üç gündür ki, ermənilər azərbaycanlıların Laçın dəhlizində yolu bağlamasını müzakirə edirlər. Üç gündür ki, Ermənistanın siyasi meydanı bu münasibətlə qaynayır. Əvvəlkilər arasından olan müxalifət günahı indiki hakimiyyətin üzərinə atır. Amma Köçəryanların və Serjiklərin də bu məsələdə günahları böyükdür. Paşinyan hökumətindən onun hərəkətsizliyi barədə soruşmaq istərdim. Niyə İrəvan “Artsax” ermənilərini qorumaq üçün qəti addım atmadı? Niyə “Artsax Müdafiə Ordusu” heç bir şəkildə reaksiya vermədi, yeri gəlmişkən, onların Ermənistan büdcəsindən maliyyələşdirilməsi heç kimə sirr deyil. Niyə özümüzü müdafiə edə bilməyəcək qədər amorf və iradəsizik?”.

Əslində bizim demək istədiyimiz də bu idi, başdan başa qanunsuzluqlar. Belə olan halda sülhməramlıların sülh məramlı olmasını, ermənilərin isə Azərbaycana inteqrasiya edəcəyini gözləməyə dəyərmi? İki il gözləmişik, bu qədər də gözləyək, görək nə olacaq?

V.VƏLİYEV