"Heydər Əliyev Azərbaycan xalqının həyatında müstəsna rol oynayıb" -DEPUTAT ŞƏRH ETDİ

8 Dekabr 2022 17:29 (UTC+04:00)

"Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycan da tematik illərin elan olunması ilə bağlı çox uğurlu bir təcrübə var". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, bu təcrübədə elə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yaradılmışdır. Müxtəlif mövzularla bağlı ölkəmizdə tematik illər elan olunubdur. Müvafiq istiqamətlərdə də, həmin illər çərçivəsində həyata keçiriləcək addımlar, çatılacaq məqsədlər müəyyənləşmişdir. Azərbaycan dövlətçiliyinin, xalqının, ümumiyyətlə ictimai-siyasi həyatında olduqca təsirli rolu olan ulu öndər Heydər Əliyevin adı ilə bağlı "Heydər Əliyev" ilinin elan edilməsi hesab edirəm ki, hər şeydən öncə Azərbaycan dövlətçiliyinə, xalqına ehtiramın göstəricisidir. Cünki, Heydər Əliyev həm SSRİ dönəmində, həmdə müstəqillik illərimizdə Azərbaycan dövləti və xalqının həyatında müstəsna rol oynayıb. 1990-cı illərin əvvələrində bunu dəfələrlə təkrar etmişik dövlətçiliyimiz ciddi sual qarşısında idi. Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları, bunun ardınca həyata keçirtdiyi işğalçılıq siyasəti digər tərəfdən də hakimiyyət uğrunda qeyri-sivil, barışmaz ölüm-dirim mübarizəsinin aparılması, dövlətin əsaslarının formalaşdırılması məsələsinin sözün əsl mənasında arxa plana keçirmişdi. Belə olan halda təbii ki, Azərbaycan xalqı tarixən olduğu kimi, tarixi bir əqrar verdi və Heydər Əliyevə müraciət etdilər, onu hakimiyyətə dəvət etdilər. Heydər Əliyevin ali siyasi hakimiyyətə qayıdışından sonra daxili-siyasi məsələlər həll olunmağa başlandı. Sabitlik təmin olundu. Sabitliyin təmin olunmasından sonra isə artıq ölkənin inkişafı istiqamətində mühüm addımlar atıldı. Milli inkişaf strategiyası formalaşdırıldı. Müvafiq olaraqda daxili və beynəlxalq müstəvidə fəaliyyət həyata keçirilməyə başlanıldı. Heydər Əliyevin uzaqgörənliyi, iradəsi sayəsində 1994-cü ilin 20 sentyabrında "Əsrin Müqaviləsi" imzalandı. Bu müqavilənin imzalanması sözün əsl mənasında Azərbaycanı xilas elementlərindən biri kimi qiymətləndirmək lazımdır. Milli iqtisadiyyatı qurmaq üçün sərmayələrə ehtiyac vardı. SSRİ-nin süqutundan sonra dağılmış iqtisadiyyatla, müstəqiliyyinə qovuşan Azərbaycan üçün bu müqavilə vacib təxirə salınmaz addımlardan biri də milli iqtisadi sistemin qurulması ilə bağlı idi. Bu baxımdan da Heydər Əliyevin iradəsi sayəsində müqavilənin imzalanması sözü gedən istiqamətdə addımların atılmasına təkan vermiş oldu. 2023-cü il Heydər Əliyev ilinində xalqımız üçün uğurlu kecəcəyinə inanırıq və inkişaf edən ölkəmizin daha da inkişaf edəcəyinə inanırıq".