"YAŞAT" Fondu ilkə imza atıb

8 Dekabr 2022 12:03 (UTC+04:00)

"YAŞAT" Fondu bir ilkə imza atıb. SİA xəbər verir ki, bu barədə "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 2 illik hesabatına dair keçirilən mətbuat konfransında açıqlayıb.

O, yashat.gov.az rəsmi internet saytından edilən onlayn ianələr zamanı vətəndaşlara təqdim olunan “İanə sertifikatı” haqqında da ətraflı məlumat verib: "Sertifikat Fonda ianə etmiş şəxslərə təşəkkürü simvolizə edir. Vətəndaşlar istədiyi şəxsin adından ianəetməklə həmin sertifikatı hədiyyə də edəbilərlər".