"AFFA tərəfindən futbol oyunlarını izləmək üçün 1400 bilet təhvil verilib" - ELVİN HÜSEYNOV

8 Dekabr 2022 11:38 (UTC+04:00)

""YAŞAT” Fondu ilə AFFA-nın Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində 6-18 yaş aralığında olan şəhid və yaralıların övladlarına UEFA 2020 Avropa çempionatının Bakıda keçirilən futbol oyunlarını izləmək üçün 1400 bilet təhvil verilib". SİA xəbər verir ki, bu sözləri "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib.

Qurum rəsmisi qeyd edib ki, 14 iyul tarixində Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutan “Neftçi” – “Dinamo Tbilisi” oyununu izləmək üçün 60-dan çox şəhid övladlarına bilet təqdim olunub".