Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edəcək

8 Dekabr 2022 10:59 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA xəbər verir ki, qəbul Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri:
Həsən Məmmədov
Əlaqə vasitələri:
(022) 256 91 14
(055) 218 52 95
(070) 264 01 07
E-mail: hasan.mammadov@scwra.gov.az