5,8 bal gücündə zəlzələ

8 Dekabr 2022 10:12 (UTC+04:00)

İndoneziyanın Yava adasında 5,8 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ilkin təsbitlərə görə, ölüm halının və ya mal itkisi olmayıb.

ABŞ Geoloji Xidməti (USGS) Qərbi Yava əyalətinin Ciranjang şəhərindən 14 kilometr şimal-qərbdə baş verən zəlzələnin 5,8 bal gücündə və 123 kilometr dərinlikdə meydana gəldiyini açıqlayıb. Paytaxt Cakartada hiss edilən və əhali arasında ölüm olmadığı bildirilən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.