Ahıl kişini avtomobil vurub

8 Dekabr 2022 08:12 (UTC+04:00)

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb. SİA xəbər verir ki, hadisə Polad Həşimov küçəsində qeydə alınıb.

83 yaşlı Səlimov Səlim Xosrov oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.