Rusiyanın hərəkətləri soyqırım adlandırıldı

8 Dekabr 2022 07:11 (UTC+04:00)

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıyıb. SİA xəbər verir ki, müvafiq qərar komitənin iclasında qəbul edilib.

"Ukrayna xalqına qarşı törədilən cinayətlər saysız-hesabsız beynəlxalq konvensiyalara ziddir və yalnız soyqırımı kimi səciyyələndirilə bilər", - senator Ben Cardin bildirib.

Qətnamə senatorlar Rocer Uiker, Riçard Blumental, Rob Portman tərəfindən dəstəklənib.