Mətbuat konfransında maraqlı anlar yaşanıb

8 Dekabr 2022 05:13 (UTC+04:00)

Braziliya millisinin mətbuat konfransında maraqlı anlar yaşanıb. SİA xəbər verir ki, belə ki, idman tədbirinə gözlənilməz qonaq qatılıb. Sahibi məlum olmayan pişik konfrans zamanı masanın üzərinə çıxıb.

Braziliyalı əməkdaşlardan biri heyvanı tez bir zamanda masadan uzaqlaşdırıb. Lakin onun pişiyə qarşı kobud davranışı heç də zaldakıların ürəyincə olmayıb.