Peru prezidenti həbs edilib

8 Dekabr 2022 01:11 (UTC+04:00)

Peru Prezidenti Pedro Kastilyo həbs edilib. SİA xəbər verir ki, bu barədə Peru KİV-i məlumat yayıb.

Qeyd edək ki, Peru parlamenti prezidenti Pedro Kastilyoya impiçment elan etdikdən sonra polis onu axtarışa verib. Bir neçə saat əvvəl isə dövlət başçısı parlamentin buraxılması və komendant saatının tətbiqi barədə sərəncam imzalamışdı.