İŞİD-ə qarşı əməliyyat başladı

7 Dekabr 2022 23:10 (UTC+04:00)

İraq təhlükəsizlik qüvvələri Kərkük şəhərinin cənubunda İŞİD terror təşkilatına qarşı əməliyyata başlayıb. SİA xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Əməliyyatı İraq Hərbi Hava Qüvvələri də dəstəkləyir.

İŞİD 2014-cü ilin iyun ayında İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir qismini ələ keçirib.