“Kor kora kor deməsə...”

7 Dekabr 2022 22:09 (UTC+04:00)

Ukraynada döyüş mövqelərini tərk etmək istəyən əsgərlərə qarşı kütləvi edamlar mütəmadi olaraq həyata keçirilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyasının prezidenti Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvləri ilə görüşündə bildirib.

Dövlət başçısının sözlərinə görə, millətçilər bu edamları guya edamları ictimai yerlərdə həyata keçirirlər ki, başqalarına da “dərs olsun”.

“Mövqeləri tərk etməyə gəlincə: Ukraynada bilirsiniz, onları yerindəcə güllələyirlər, hətta kütləvi edamlar da birbaşa ictimaiyyət qarşısında, sıraların gözü qarşısında və bir neçə əllə həyata keçirilir”.

Vladimir Putin deyib bunu və əlavə edib ki, guya rus ordusunun sıralarında belə vəhşiliklərdən söhbət belə gedə bilməz.

Vladimir Vladimiroviçin dediyindən belə başa düşülür ki, guya Kiyev rejimi vətəndaşları döyüşə çıxmaq istəmədiyi halda “yerində edam” mövqeyindən çıxış edir.

Ağasəf Babayev