Rusiyanın Mərkəzi Bankı beynəlxalq ehtiyatlarının artdığını deyir

7 Dekabr 2022 21:15 (UTC+04:00)

2022-ci il dekabrın 1-nə Rusiyanın beynəlxalq ehtiyatları 567,289 milyard dollar təşkil edib ki, bu da noyabrın əvvəli ilə müqayisədə 3,67 faiz (və ya 20,095 milyard dollar) çoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Gazeta.Ru” Rusiya Federasiyası Mərkəzi Bankın mətbuat xidmətinə istinadən yazır.

Qeyd olunur ki, 2021-ci il dekabrın 1-də ehtiyatların ümumi həcmi 622,501 milyard dollara çatıb ki, bu da cari dəyərdən 9 faiz çoxdur.

Xatırladaq ki, Mərkəzi Bankın sədr müavini Kseniya Yudayeva daha əvvəl tənzimləyicinin müxtəlif riskləri ödəmək üçün kifayət qədər beynəlxalq ehtiyatlara malik olmasını bildirmişdi.

Yeri gəlmişkən, onu da xatırladaq ki, dövlətin beynəlxalq ehtiyatları xarici valyutada olan aktivlərdən, monetar qızıldan, xüsusi borc almaq hüququndan, habelə müxtəlif ehtiyat qiymətli kağızlardan ibarətdir.

Ağasəf Babayev