“Azərbaycan-Türkiyə Enerji Forumu” çərçivəsində seminar keçirilib

7 Dekabr 2022 19:41 (UTC+04:00)

Dekabrın 7-də “Azərbaycan-Türkiyə Enerji Forumu” çərçivəsində fəaliyyət göstərən “Bərpaolunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Geotermal enerjinin əhəmiyyəti və iqtisadi inkişafa töhfəsi” mövzusunda onlayn seminar keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən bildirilib ki, Agentliyin feysbuk səhifəsi vasitəsilə canlı keçirilən vebinarda İzmir Yüksək Texnologiya İnstitutunun professoru, Dr.Alper Baba tərəfindən dünyada bərpaolunan enerji istehsalında geotermal enerjinin rolu, iqtisadi inkişafa təsiri, texnoloji irəliləyişlər və digər məsələlər barədə ətraflı məlumat verilib.

Sonda izləyicilərin mövzu ilə bağlı sualları cavablandırılıb.