“Eutelsat” sputnik operatoru İranın “Press TV” televiziya kanalının Avropa ərazisində yayımlanmasını dayandırıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İran televiziya kanalının yayımının dayandırılmasının səbəbi Avropa İttifaqının tətbiq etdiyi sanksiyadır.
İran Avropa İttifaqının bu addımını mətbuat azadlığına zidd hesab edib.