Qazaxlar ruslara raketlər üçün komponentlər vermirlər

7 Dekabr 2022 18:36 (UTC+04:00)

Qazaxıstanın Rusiyaya raketlər üçün komponentlər verməsi ilə bağlı məlumatlar reallığa uyğun gəlmir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Nazirliyinin dəstəyi ilə yaradılmış “stopfake.kz” portalı yazır.

Qeyd olunur ki, “TikTok” sosial şəbəkəsində Moskvaya raketlərin yığılması üçün istifadə edilən komponentlərin guya tədarükü ilə bağlı video yayılıb.

Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi internetdə dərc olunan məlumatların saxta olduğunu bildirib. İdarə aydınlaşdırıb ki, bu raket hissələri hərbi məhsuldur və ixraca nəzarət tədbirləri həyata keçirilir.

Bundan əlavə, nazirlik 2022-ci il və ondan əvvəlki dövrlərdə ölkədən hərbi məhsulların, o cümlədən raket komponentlərinin, ümumiyyətlə raket istehsalı üçün komponentlərin təkrar ixracı/tranziti olmadığını bildirib.

Yeri gəlmişkən, portalda Qazaxıstan ərazisindən Rusiya aerodromlarına pilotsuz uçan aparatın buraxılması ilə bağlı məlumatın təkzibi də yer alıb

Ağasəf Babayev