İstehlaka yararsız qida məhsulları məhv edilib

7 Dekabr 2022 18:16 (UTC+04:00)

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən xəbər verilir ki, “AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında 74 adda 14,5 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.