Uimbldon təşkilatçıları cəzalandırıb, ruslara görə...

7 Dekabr 2022 18:05 (UTC+04:00)

Peşəkar Tennis Assosiasiyası Rusiya və Belarus idmançılarını Uimbldon 2022-yə buraxmadığı üçün Böyük Britaniya Çəmən (Qazon) Tennis Assosiasiyasını cəzalandırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumatda Uimbldon təşkilatçılarının 1 milyon dollar cərimələndiyi bildirilir.

Bundan əlavə, Rusiya və Belarus tennisçilərinə gələn il yenidən turnirdə iştirak qadağan edilərsə, bu halda Britaniya Çəmən (Qazon) Tennis Assosiasiyası Peşəkar Tennis Assosiasiyasından kənarlaşdırıla bilər.

Qeyd edək ki, cərimə tətbiq edilməsi barədə qərardan şikayət də verilə bilər.

Xatırladaq ki, yazda Rusiyadan olan tennisçilərin Böyük Britaniyada keçirilən turnirlərdə çıxışı qadağan edilib. Sanksiyalara görə yerli idmançılar Uimbldonu buraxmaq məcburiyyətində qalıblar.

Buna cavab olaraq, Peşəkar Tennis Assosiasiyası və Qadın Tennis Assosiasiyası turniri reytinq xallarından məhrum etmək qərarına gəlib.

Ağasəf Babayev