“İspanlarda böhran yoxdur, bu, nəsil dəyişikliyidir”

7 Dekabr 2022 17:56 (UTC+04:00)

Bu arada “Sevilya”nın sabiq hücumçusu Aleksandr Kerjakov Qətərdə keşirilən dünya çempionatının 1/8 final mərhələsinin matçında İspaniyanın Mərakeşə uduzmasını (0:0, pen. 0:3) şərh edib. SİA bu barədə rus saytlarına istinad edir.

Mərakeşlilərin öz qruplarında birinci yeri tutmalarını Kerjakov, onların çox yaxşı oynamaları ilə əlaqələndirib. Qeyd edilməlidir ki, mərakeşlilərin Avropanın güclü komandalarında çıxış edən güclü futbolçuları var.

“Mən İspaniyanın favorit olduğunu düşünmədim, əksinə, Mərakeşin 1/4 finala çıxmaq şansının olduğunu söylədim. Mənim üçün bu, təəccüblü deyildi. Çünki bu gün ispan futbolunda nəsil dəyişikliyi gedir. Düşünürəm ki, növbəti dünya çempionatında ispanlar daha güclü olacaqlar. Hazırda onların çempionata gətirdikləri futbolçular arasında Villa və Torres səviyyəli hücumçuları yoxdur”-deyə Kerjakov bildirib.

Nazlı