“Milli maraqlar və xarici siyasət” FOTOLAR

7 Dekabr 2022 17:37 (UTC+04:00)

YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusunda gənclərlə keçirilən silsilə tədbirin növbəti qonağı Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Vüqar İskəndərov olub. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, xalqın etimadını qazanmaqla tarixi şəxsiyyətə çevrilən Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. Vurğulayıb ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar, ulu öndər Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə inamını qat-qat artırıb. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir. Bütün bunların ən bariz nümunəsi heç şübhəsiz Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədir. Tədbirdə çıxış edən qonağı Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Vüqar İskəndərov bildirdi ki, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan, eyni zamanda beynəlxalq aləmdə də etibarlı tərəfdaş və dünyada mühüm əhəmiyyət kəsb edən məsələlərin həlli üçün önə çıxan təşəbbüskar ölkə kimi tanınır. Dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüslərinin təqdir olunması və dövlət başçımızın liderlik səylərinin yüksək qiymətləndirilməsi hər bir azərbaycanlıda qürur hissi yaradır. Çıxışına davam edən V.İskəndərov qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan regionda yeni reallıqlar yaradıb. Məhz bu reallıqdan irəli gələrək regionun daimi sülh və əmin-amanlq şəraitində inkişafı üçün ölkəmiz tərəfindən əməkdaşlıq təklifləri irəli sürülüb. Təbii ki, gələcəyi ağıllı şəkildə dəyərləndirə bilən xarici qurum və dövlətlər bu təklifi müsbət dəyərləndiriblər. Lakin təəssüflər olsun ki, Ermənistan son vaxta kimi buna dirəniş gösətirirdi. Hansı ki, bu əməkdaşlıq hamıdan daha çox bir dövlət olmaq astanasında dayanan Ermənistana lazımdır.

Tədbirdə gənclərin çoxsaylı sualları cavablandırılıb.

Sonda gənclərlə xatirə şəkli çəkdirilib.