İbrahim Kalın: ''Türk dünyası yenidən birləşir''

7 Dekabr 2022 16:57 (UTC+04:00)

Türkiyə Prezidentin sözçüsü İbrahim Kalın türk dünyasının çox strateji, tarixi və kritik bir dövrdən keçdiyini vurğulayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İbrahim Kalın, “Türk dünyası yenidən birləşir''-deyə bildirib.
İbrahim Kalın Millət Kitabxanasında təşkil edilən Diplomatik Münasibətlərin 30-cu İldönümündə Türkiyə-Qazaxıstan Təhsil Əməkdaşlığı və Ahmet Yəsəvi Universiteti adlı tədbirdə çıxış edib.
Türk dünyasının çox strateji, tarixi və kritik bir dövrdən keçdiyini vurğulayan İbrahim Kalın türk dünyasının birləşməyə başladığını bildirib.
“Türk dünyası yenidən birləşir. Yenidən müəyyən edilmiş və təşkilatlanmış Türk Dövlətləri Təşkilatının irəli sürdüyü siyasi baxış bunun ən konkret nəticələrindən biridir”,-deyə İbrahim Kalın vurğulayıb.
Türk dünyasının birlik və həmrəyliyinin sadəcə fürsət deyil, strateji zərurətə çevrildiyini ifadə edən İbrahim Kalın deyib: ''Xüsusilə son dövrdə Qarabağ Zəfəri (Azərbaycanın 44 gündə Ermənistana qalib gəldiyi) Türk dünyasına strateji imkan və imkanlarımızı birləşdirsək nəyə nail ola biləcəyimizi göstərən çox mühüm qürur və ümid mənbəyi oldu''.
Türk dünyası və Orta Asiyanın Rusiya-Ukrayna müharibəsi ilə yaranan enerji və qida böhranında həyati rol oynamağa davam edəcəyini bildirən Kalın deyib: “Çünki enerji ehtiyatlarının çox mühüm hissəsi türk coğrafiyamızdadır''.
İbrahim Kalın Türk Dövlətləri Təşkilatının Şimali Kıbrıs Türk Cümhuriyyətini (KKTC) müşahidəçi üzv kimi qəbul etməsinin türk dünyasının yaxın siyasi tarixində çox mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb.
Dünyanın siyasi-iqtisadi tarazlığının şərqə doğru dəyişdiyini və Türk dünyasının da bundan öz payını alacağını ifadə edən Türkiye Prezidentinin sözçüsü bu payın enerji, səhiyyə, qida, ticarət, müdafiə sənayesi, təhlükəsizlik, təhsil və digər sahələrdə olacağını bildirib.