"Ordumuz son 10 il ərzində həm fərdi təlimlərinin sayını artırıb" -HƏRBİ EKSPERT ŞƏRH ETDİ

7 Dekabr 2022 13:51 (UTC+04:00)

"Azərbaycan ordusunun hərbi təlimləri ildən ilə öz forma və xüsusiyyətlərinə görə fərqlənir". Bu sözləri SİA-ya açıqlmasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, ordumuz son 10 il ərzində həm fərdi təlimlərinin sayını artırıb, həm də ümumiyyətlə beynəlxalq arenada təlimlərinin sayını artırıb. Xüsusəndə Türkiyə ilə olan təlimlərini vurğulamaq olar. Bu il ərzində sadəcə Türkiyə ilə 20 təlim edən bir ordumuz var. Bu təlimlərdən biri də "Qardaş Yumruğu" təlimidir. Bu təlimdə də ənənəvi olaraq poliqonda deyil, konkret istiqamətlərdə yəni Bakı, Astara, İmişli və Cəbrayıl bölgəsində keçirilir. Xüsusi ilədə Bakını qeyd etmək lazımdır ki, burada poliqondur. Lakin İmişli, Astara və Cəbraılda olan təlimlərin keçirilməsi artıq müəyyən hərbi-siyasi ismarıcların, ritorikanın olmasından xəbər verir. Məsələyə hərbi-siyasi mövzuda yanaşsaq bu təlimləri İran və Ermənistana o cümlədən bölgədə anti-Azərbaycan mövqeyində çıxış edən maraqlı dövlətlərə yönələn ismarıc kimi təqdim etmək olar. Bunu təlimlərin keçirildiyi coğrafiya ilə əlaqələndirmək mümkündür. Növbəti bir məsələ isə əlbəttə ki, təlimlərdə iştirak edən şəxsi heyyətlə bağlıdır. İlk növbədə onuda qeyd etmək istəyirəm ki, birgə təlimlərdə əsasən bütov qoşun növləri, hərbi dəniz qüvvələri istisna olmaqla peşəkar şəxsi heyyət iştirak edir. Bundan başqa Azərbaycan Quru Qoşunlarının tabeçiliyində olan yeni yaradılan komando hərbi birləşmələridə bu təlimlərə cəlb olunub. Türkiyə Silahlı Qüvvələrindən də analoji formada şəxsi heyyət çəlb olunub. Təlimlərin texniki parametirləridə olduqca zəngindir. Məsələn özü yeriyən artilleriya qurğuları, "Mista S" texnikası və s. qeyd etmək olar. Bunuda qeyd etmək olar ki, "Attack" helikopterinidə bu təlimdə iştirak etməsidir. Bu helikopter Türkiyə istehsalıdır və bu günə qədər də bir neçə təlimdə iştirak etmişdir. Amma ümumqoşun təlimlərində isə ilk dəfə olaraq iştirak edir bu helikopter".

Hərbi ekspert fikrlərinə davam edərək qeyd etmişdir ki, göründüyü kimi Azərbaycan-Türkiyə birgə hərbi təlimi bir neçə aspektdə əhəmiyyətlidir. "Bu təlimləri hərbi-siyasi, hərbi-taktiki və hərbi-texniki baxımdan təhlil etmək və orduların imkanlarını xarakterizə edə bilərik. Hər şeydən əvvəl bu birgə təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyəti təmin olunması, təcrübə mübadiləsinin edilməsi və peşəkarlıqın artılırmasıdır. Təbii ki, məsələnin həri-siyasi tərəfində İrana və Ermənistana ismarıclar var. Bundan başqa türk dövlətləri üçün bu həm də bir addımdır, yəni vahid bir ordunun yaradılması baxımından əhəmiyyətlidir. Bütün bu prosseslərdə Azərbaycan və Türkiyə birlikdə addımlayır".