Quş əti niyə ucuzlaşıb? - AİB SƏDRİ AÇIQLADI

7 Dekabr 2022 13:11 (UTC+04:00)

"Quş ətinin ucuzlaşması üçün dövlət müəyyən effektiv işlər aparıb". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bu barədə bir çox vergilərdən azadolma halları baş verib: "Eləcə də quş yemləri vergilərdən azad olunub. Ona görə də qiymətdə ucuzlaşma müşahidə olunur.

Ərzaqların qiymətinin yüksəlməsi fonunda, quş ətinin ucuzlaşması dövlətin apardığı müsbət addımdır".

Ayşən Vəli