Milli Məclisə iki yeni qanun layihəsi daxil olub

7 Dekabr 2022 11:43 (UTC+04:00)

Milli Məclisə iki yeni qanun layihəsi daxil olub.

SİA-nın xəbərinə görə, bunlar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihələridir.

Layihələr bu gün parlamentin komitələrinin birgə iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.