Mask Twitter rəhbərini işdən çıxarır

7 Dekabr 2022 10:53 (UTC+04:00)

"Twitter"-in aparıcı hüquqşünası sosial media platformasının 2020-ci il ABŞ seçki senzurasındakı rolu ilə bağlı faylların dərcini əngəllədiyi iddiasından sonra şirkətdən qovulub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cim Beyker "Twitter"-də işə götürülməzdən əvvəl FTB-nin baş məsləhətçisi olub. Beykerin ictimai dialoq üçün vacib olan məlumatların gizlədilməsində mümkün rolu ilə bağlı narahatlıqlar fonunda Elon Musk bu gün onu işdən çıxarıb.