İndoneziyada polis bölməsinə intihar hücumu baş verib

7 Dekabr 2022 10:26 (UTC+04:00)

İndoneziyanın Bandunq şəhərində polis bölməsinə intihar hücumu baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hücum nəticəsində bir polis əməkdaşı ölüb, 8 nəfər yaralanıb.

Hadisədən dərhal sonra həvəskar kameralara əks olunan görüntülərdə polis idarəsinin bağçasından tüstü qalxdığı və ətrafdakıların panikaya düşdüyü görülüb.

Bildirilib ki, Bandunq polisi insidentlə bağlı başlanan araşdırmada terrorla mübarizə bölməsi ilə birgə işləyir.