Rusiyada yanğın zamanı iki azyaşlı ölüb

7 Dekabr 2022 07:29 (UTC+04:00)

Rusiyanın Rostov vilayətinin Baqaevski rayonunda evdə baş verən yanğında iki azyaşlı ölüb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

“Saat 21:01-də dağıntılar təmizlənərkən iki uşağın meyiti aşkar edilib. Onlar 2019-cu il təvəllüdlü oğlan və 2017-ci il təvəllüdlü qızdır”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.

Yanğın baş verən vaxt uşaqlar evdə nəzarətsiz olub.

Hadisənin səbəbləri araşdırılır.